Müsavat Gənclər Təşkilatının konfransı “Gənclər haqqında” qanuna edilən dəyişikliklərin təsdiqlənməsindən sonra keçiriləcək

Müsavat Gənclər Təşkilatının konfransı “Gənclər haqqında” qanuna edilən dəyişikliklərin təsdiqlənməsindən sonra keçiriləcək
# 31 iyul 2007 12:23 (UTC +04:00)
Müsavat Partiyası Gənclər Təşkilatının növbəti konfransı “Gənclər haqqında” qanuna edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsindən sonra keçiriləcək. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, buna səbəb gənclik yaşının 35-dən 29-a endirilməsidir. A. Hacılı partiyada gənclərlə rəhbərlik arasında heç bir problemin olmadığını və bu məsələnin şişirdildiyini qeyd edib: “Hazırda partiyada Gənclər Təşkilatı fəaliyyət göstərir. Qanunun təsdiqindən sonra təşkilatın konfransı keçiriləcək və 29 yaşa kimi olan gənclərdən formalaşdırılacaq”. Müsavat başqanının müavini Mehman Cavadoğlu isə partiyada 29 yaşa kimi olan gənclərin müəyyənləşdiyini və konfransa hazırlıq getdiyini bildirib.
Qeyd edək ki, GT-nın bir qrup üzvü konfrans keçirib yeni sədr seçsə də, partiyanın Divanı və Məclisi konfransın keçirilməsində bir sıra Nizamnamə pozuntularının olduğunu əsas gətirərək qəbul olunmuş qərarları təsdiqləməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR