Gürcüstan hökuməti Ahıska türklərinin tarixi vətənlərinə dönməsi ilə bağlı tədbirlər planı hazırlayacaq

Gürcüstan hökuməti Ahıska türklərinin tarixi vətənlərinə dönməsi ilə bağlı tədbirlər planı hazırlayacaq
# 01 sentyabr 2007 11:36 (UTC +04:00)
“Gürcüstan hökuməti 2008-ci il yanvarın 1-nə qədər Ahıska türklərinin tarixi vətənlərinə dönməsi ilə bağlı tədbirlər planı hazırlayacaq”. Ahıska türklərinin “Vətən” Cəmiyyətinin Azərbaycan üzrə rəhbəri İbrahim Burhanov APA-ya bildirib ki, Gürcüstan hökuməti bununla bağlı əlavə tədbirlər də həyata keçirməlidir və bu məqsədlə danışıqlar aparılacaq. Ahıska türklərinin dünyanın 4.600 yaşayış məntəqəsində kiçik qruplar şəkilində məskunlaşdığını söyləyən İ. Burhanov hazırda saylarının 350-400 min nəfər olduğunu bildirib: “Ahıska türklərinin vətənlərinə dönməsi prosesi Gürcüstanın xarici ölkələrdəki səfirliklərinin xətti ilə həyata keçiriləcək. Lazımi sənədlər səfirliyə təqdim olunduqdan sonra, o, xüsusi sənədlə təmin edilir. Sənəd ona vətənə dönmək və orada məskunlaşmaq hüququ verir. Vətəndaşlıq məsələsinə gəlincə, Gürcüstan hökuməti bununla bağlı da məsələni həll edib. Belə ki, Ahıska türkləri üçün sadələşdirilmiş vətəndaşlığın verilməsi ilə bağlı qanun qəbul olunub. Bu proses də müəyyən dövr keçdikdən sonra həyata keçiriləcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR