“The Washington Times”: “Azərbaycan ABŞ və müttəfiqlərini raket zərbələrindən müdafiə etmək üçün ən münbit regiondur”

“The Washington Times”: “Azərbaycan ABŞ və müttəfiqlərini raket zərbələrindən müdafiə etmək üçün ən münbit regiondur”
# 03 sentyabr 2007 12:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirlər “The Washington Times” qəzetinin bugünkü sayında dərc olunan məqalədə öz əksini tapıb. Məqalədə bildirilir ki, ABŞ-ın quraşdırmaq niyyətində olduğu yeni raket hücumundan müdafiə kompleksi üçün Azərbaycan Avropaya nisbətən daha əlverişli regiondur. Müəlliflər bu məsələ ilə bağlı Vladimir Putin və Corc Buşun müvafiq bəyanatlarını xatırladıb, Qəbələ radiolokasiya stansiyasının icarəsinə dair danışıqlar məsələsinə toxunublar. Məqalədə qeyd olunur ki, sentyabrın 15-də texniki məsələlərin müzakirəsi ilə əlaqədar ABŞ, Rusiya və Azərbaycan ekspertlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə Qəbələ radiolokasiya sistemindən birgə istifadə və ümumilikdə raket hücumundan müdafiə məsələləri müzakirə ediləcək. Yazıda müxtəlif ekspertlərin qeyd olunan məsələlərə münasibəti də öz əksini tapıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR