Müxalifətin Məşvərət Şurası təkliflər paketi hazırlayır

Müxalifətin Məşvərət Şurası təkliflər paketi hazırlayır
# 03 sentyabr 2007 12:51 (UTC +04:00)
Müxalifətin Məşvərət Şurası ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmaq üçün təkliflər paketi hazırlayır. Bu barədə APA-ya şurada təmsil olunan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib. Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı ilkin təkliflər AMİP tərəfindən hazırlanır və bu layihə qurumda təmsil olunan liderlərin növbəti toplantısında geniş müzakirə ediləcək. Sənədə digər partiyaların da təklifləri əlavə olunacaq. Ə. Orucov sənəd tam hazırlandıqdan sonra onun ictimaiyyətə və müvafiq dövlət qurumlarına təqdim olunmasının nəzərdə tutulduğunu qeyd edib. Partiya funksioneri şuranın ötən toplantılarında ölkədəki sosial-iqtisadi vəziyyətdən çıxış yolları və müxalifətin beynəlxalq təşkilatlarla münasibətlərinin normallaşdırılması ilə bağlı qəbul olunmuş qərarların icrası istiqamətində də addımlar atılacağını qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR