Avropa Şurasının insan haqları üzrə komissarı Qobustan qapalı həbsxanasında olub

Avropa Şurasının insan haqları üzrə komissarı Qobustan qapalı həbsxanasında olub
# 04 sentyabr 2007 16:26 (UTC +04:00)
Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Qobustan qapalı həbsxanasında olub. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Komissarı ombudsman Elmira Süleymanova müşayiət edib. Qonaq həbsxananın korpuslarına baxış keçirib, ömürlük və müddətli həbs cəzasına məhkum edilən şəxslərin saxlanma şəraitini, problemlərini öyrənib. Bəzi məhkumlarla söhbət aparılıb. Müəssisə rəhbərliyi T. Hammarberqə məhkumların saxlanma şəraiti, qidalanması, tibbi-sanitar xidmətin vəziyyəti barədə məlumat verib. Eyni zamanda ömürlük məhkumların şikayətlərinin ömürlük cəzanın müddətli həbslə əvəz olunması ilə bağlı olduğu diqqətə çatdırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR