Novruz Məmmədov MDB Daxili İşlər Nazirləri Şurasının Bakıda keçiriləcək iclasında ermənilərin iştirakına soyuqqanlı yanaşmağı məsləhət görür

Novruz Məmmədov MDB Daxili İşlər Nazirləri Şurasının Bakıda keçiriləcək iclasında ermənilərin iştirakına soyuqqanlı yanaşmağı məsləhət görür
# 04 sentyabr 2007 16:36 (UTC +04:00)
“Müəyyən beynəlxalq təşkilatların Azərbaycanda keçirdiyi tədbirlərdə erməni nümayəndələrin iştirakı qaçılmazdır. Biz istəsək də, istəməsək də, bu belədir”. APA-nın məlumatına görə, bunu Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Onun sözlərinə görə, MDB Daxili İşlər Nazirləri Şurasının sentyabrın 5-6-da Bakıda keçiriləcək iclasında Ermənistan nümayəndə heyətinin iştirakına da bu kontekstdən yanaşmaq lazımdır: “Beynəlxalq hüquq və davranış normaları bu məsələdə soyuqqanlı davranmağı tələb edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR