Təbriz sakini Cavad Həsənpur kütləvi aksiyalarda iştirakına görə saxlanılıb

Təbriz sakini Cavad Həsənpur kütləvi aksiyalarda iştirakına görə saxlanılıb
# 04 sentyabr 2007 16:39 (UTC +04:00)
Təbriz sakini Cavad Həsənpur 2006-cı ilin mayında İran türklərinin hüquqlarının bərpası tələbi ilə keçirilən aksiyalarda iştirakına və “pantürkist” fəaliyyətinə görə bu ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Güneydəki Azərbaycanlıların Hüquqlarını Müdafiə Komitəsindən APA-ya verilən məlumata görə, C. Həsənpurun evindən türk dilində nəşr olunan kitablar, şəxsi kompüteri və CD-lər götürülüb. Onun harada saxlanıldığı bilinmir.
İran türklərinin hüquqları uğrunda hərəkatın liderlərindən biri olan Abbas Lisani barədə Ərdəbil İnqilab Məhkəməsinin avqustun 27-də çıxardığı qərar isə hələ də açıqlanmayıb. A. Lisaninin həyat yoldaşı Rüqəyya Lisani APA-ya bildirib ki, məhkəməyə müraciət etsə də, heç bir məlumat ala bilməyib.
Hazırda “Evin” həbsxanasında saxlanılan hüquq müdafiəçisi Saleh Kamrani ilə bağlı ittiham aktı da təqsirləndirilən tərəfə təqdim olunmayıb. S. Kamraninin həyat yoldaşı Mina Əsxəri bildirib ki, S. Kamrani ilə görüşə və ona vəkil tutmağa da imkan verilmir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR