Avropa Şurasının Nazirlər Komitəsi Qənirə Paşayeva və Rafael Hüseynovun müraciətlərini müzakirə edir

Avropa Şurasının Nazirlər Komitəsi Qənirə Paşayeva və Rafael Hüseynovun müraciətlərini müzakirə edir
# 05 sentyabr 2007 14:07 (UTC +04:00)
Avropa Şurası Nazirlər Komitəsinin daimi nümayəndələr səviyyəsində keçirilən 1003-cü iclasında Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin 2 üzvünün müraciətinə baxılır. APA-nın Avropa bürosunun məlumatına görə, deputat Qənirə Paşayeva “Ermənistanı Dağlıq Qarabağ münaqişəsi və seçkilərlə bağlı Avropa Şurasının mövqeyinə qoşulmağa dəvət etmək” adlı, deputat Rafael Hüseynov isə “Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikasını işğal etmək niyyəti təhlükəsi və Avropa Şurasının məsuliyyəti” adlı müraciətlər təqdim ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR