91 saylı Ucar və 92 saylı Zərdab-Ucar Dairə Seçki komissiyalarının yeni binalarının açılış mərasimi keçirilib

91 saylı Ucar və 92 saylı Zərdab-Ucar Dairə Seçki komissiyalarının yeni binalarının açılış mərasimi keçirilib
# 10 sentyabr 2007 16:15 (UTC +04:00)
Bu gün Zərdab rayonunda 92 saylı Zərdab-Ucar Dairə Seçki Komissiyasının yeni inzibati binasının açılış mərasimi keçirilib. APA-nın Aran bürosunun məlumatına görə, tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin üzvü Jalə Əliyeva, Prezident Aparatının məsul işçisi Rəhim Məmmədov, MSK-nın üzvü Tofiq Həsənov, əməkdaşı Əlibaxış Nəsibov və başqaları iştirak ediblər. M. Məmmədov qonaqları salamladıqdan sonra yeni binada DSK-nın fəaliyyəti üçün hər cür şərait yaradıldığını vurğulayıb.
Bu gün həmçinin 91 saylı Ucar Dairə Seçki Komissiyasının yeni inzibati binasının açılış mərasimi keçirilib. 2 mərtəbədən və 8 otaqdan ibarət bina müasir avadanlıqlarla təchiz olunub. Ucar Rayon İcra Hakimiyyətinin başçısı Arzu Qafurov yeni binanın istifadəyə verilməsi münasibətilə DSK üzvlərini təbrik edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR