ABŞ-ın Azərbaycandakı səfirliyində 11 sentyabr faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

ABŞ-ın Azərbaycandakı səfirliyində 11 sentyabr faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
# 11 sentyabr 2007 09:33 (UTC +04:00)
APA-nın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi mərasimdə çıxış edib. Amerika xalqının altı il əvvəl baş verənləri kədərlə xatırladığını söyləyən səfir bildirib ki, belə hadisələr bir daha təkrarlanmamalıdır. O, terrorçuluğa qarşı qlobal miqyasda mübarizə aparılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, bu gün ABŞ-da da 11 sentyabr qurbanlarının xatirəsini yad etmək üçün matəm mərasimləri keçirilir. Nyu-Yorkdakı terror zamanı ölənlərin yaxınları Dünya Ticarət Mərkəzinin vaxtilə mövcud olduğu əraziyə toplaşıblar. Pentaqonda da anım mərasimi təşkil olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR