AŞPA-nın Dağlıq Qarabağ Alt Komitəsinə sədr qurumun payız sessiyası çərçivəsində seçilməyəcək

AŞPA-nın Dağlıq Qarabağ Alt Komitəsinə sədr qurumun payız sessiyası çərçivəsində seçilməyəcək
# 11 sentyabr 2007 13:27 (UTC +04:00)
Bu barədə APA-ya AŞPA Siyasi Komitəsindən məlumat verilib. Alt Komitəyə yeni sədr AŞPA-nın payız sessiyası çərçivəsində seçilməyəcək. AŞPA Dağlıq Qarabağ Alt Komitəsinə yeni sədrin Siyasi Komitənin oktyabrın ikinci yarısında keçiriləcək toplantısında seçiləcəyi gözlənilir. Hələlik, bu posta kimin namizəd olacağı məlum deyil. Qeyd edək ki, AŞPA Dağlıq Qarabağ Alt Komitəsinin qurumun payız sessiyasından sonra münaqişə zonasına səfəri nəzərdə tutulsa da, lord Rassel Constonun təqaüdə çıxmasından sonra səfər təxirə salınıb. Siyasi Komitədən APA-ya bildiriblər ki, səfər hava şəraitindən asılı olaraq noyabr-dekabr aylarında gerçəkləşə bilər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR