Elmar Məmmədyarov İran-Azərbaycan Dostluq Cəmiyyətinin üzvlərini qəbul edib

Elmar Məmmədyarov İran-Azərbaycan Dostluq Cəmiyyətinin üzvlərini qəbul edib
# 11 sentyabr 2007 16:42 (UTC +04:00)
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzainin başçılıq etdiyi İran-Azərbaycan Dostluq Cəmiyyətinin üzvlərini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün imkanlar olduğu bildirilib. Tərəflər hər iki ölkədə digəri haqqında daha dolğun və dəqiq məlumatın olması üçün KİV-dən daha səmərəli istifadənin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, İran-Azərbaycan Dostluq Cəmiyyəti mədəniyyət, təhsil, elm, ticarət və s. sahələrdə fəaliyyət göstərməyi və konkret tədbirlər keçirməyi planlaşdırır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR