Dairə Seçki Komissiyalarının da katibliyi yaradılacaq

Dairə Seçki Komissiyalarının da katibliyi yaradılacaq
# 13 sentyabr 2007 12:08 (UTC +04:00)
Dairə Seçki Komissiyaları (DSK) üçün yeni binaların istifadəyə verilməsi sentyabrın sonuna kimi başa çatacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, 70 DSK üçün yeni bina tikilib ki, artıq onların 50-nin açılışı olub. 20 DSK-nın yeni binasının da açılışının olacağını deyən MSK sədri seçki dairələri ilə bağlı işlərin davam edəcəyini vurğulayıb: “Biz dairələrin katibliyini yaradacağıq. Seçki Məcəlləsinə görə dairələrin katibliyi yaranmalıdır. Ölkə başçısı bununla bağlı şərait yaradıb və lazımı ştatlarla bağlı məsələ həll olunub. 2008-ci ilin yanvarından başlayaraq DSK-larda katiblik fəaliyyət göstərəcək”. M. Pənahov həmçinin seçki məntəqələrində iş şəraitinin yaradılması istiqamətində də işlərin görüldüyünü deyib. Onun sözlərinə görə, seçkilərin əsas baş verdiyi məkan məntəqələr olduğundan, onlar hər bir bölgədə müasir binalarda yerləşdirilməlidir: “Məntəqələr qanunun yol verdiyi orqanların binalarında yerləşdiriləcək və maksimum onların da şəraitinin yaxşı olmasına çalışacağıq. Bu işə artıq başlamışıq və 2008-ci il prezident seçkilərində bütün seçki komissiyaları üçün maksimum şərait yaradılacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR