Akif Nağı: “Qeyri-rəsmi ev dustağıyam”

Akif Nağı: “Qeyri-rəsmi ev dustağıyam”
# 18 sentyabr 2007 09:35 (UTC +04:00)
Sentyabrın 17-də polis tərəfindən saxlanılan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, qurumun üzvləri Manaf Kərimov və Mürsəl Həsənli həmin gün gecə saatlarında sərbəst buraxılıblar. QAT sədri A. Nağı APA-ya bildirib ki, o, dünən saat 10.00 radələrində yaşadığı Gəncə prospektindəki evinin qarşısında polis tərəfindən saxlanılaraq Xətai rayon Polis İdarəsinə aparılıb. Tutulan zaman ona qarşı qeyri-etik davranıldığını söyləyən A. Nağı 20.30-da sərbəst buraxıldığını deyib. O, hazırda evdən çıxmasına imkan verilmədiyini açıqlayıb: “Bütün gecə mülki geyimli bir neçə polis yaşadığım evin qarşısında məni nəzarətdə saxlayıb. Bu vəziyyət indi də davam edir. Qeyri-rəsmi şəkildə ev dustağıyam. Amma mövqeyimizdən çəkilməmişik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR