Bernar Fasie: “Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların indiki həssas mərhələsində format dəyişə bilməz”

Bernar Fasie: “Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların indiki həssas mərhələsində format dəyişə bilməz”
# 18 sentyabr 2007 17:26 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie Bakıda keçirdiyi brifinqdə deyib. Mətbuatda həmsədrlərin formatın dəyişməsi təklifi barədə çıxış etməsi ilə bağlı yayılan məlumatları təkzib edən B. Fasienin sözlərinə görə, formatı dəyişməyə ehtiyac yoxdur. Dağlıq Qarabağın erməni icmasının danışıqlara cəlb edilməsi ilə bağlı məsələyə münasibət bildirən həmsədr həmin tərəfin danışıqlar formatına daxil edilməsi barədə fikir bildirmədiyini bildirib: “Yaxşı olar ki, erməni və azərbaycanlı icmaları Ermənistan və Azərbaycan nümayəndə heyətinin tərkibində danışıqlar prosesinə qatılsınlar. Mən bu şəkildə fikir bildirmişəm və burada sensasiya yoxdur. Azərbaycan mətbuatında belə qeyd olunur ki, guya biz erməni icması ilə davamlı görüşlər keçirəcəyik. Bu, doğru deyil. Sadəcə, həm Azərbaycan, həm də Ermənistan təmasları davam etdirməlidir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR