Sabir Rüstəmxanlı VHP-nin IV qurultayında yenidən sədrliyə öz namizədliyini irəli sürəcək

Sabir Rüstəmxanlı VHP-nin IV qurultayında yenidən sədrliyə öz namizədliyini irəli sürəcək
# 19 sentyabr 2007 11:17 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) IV qurultayında Sabir Rüstəmxanlı qurumun sədri vəzifəsinə öz namizədliyini verəcək. S. Rüstəmxanlı APA-ya bildirib ki, hazırkı vəziyyətdə siyasi proseslərdən kənarda qalmasını məqsədəuyğun hesab etməyib və bu səbəbdən də partiyanın noyabrın 3-də keçiriləcək qurultayında növbəti dəfə VHP-nin sədri olmaq istəyir. S. Rüstəmxanlı qurultaya hazırlıqla bağlı əksər işlərin başa çatdığını və hazırda partiyanın rayon təşkilatlarının hesabat-seçki konfranslarının keçirildiyini söyləyib. Onun sözlərinə görə, qurultay nizamnamə, məramnamə və strukturda dəyişikliklər etsə də, siyasi xəttə heç bir redaktələr olmayacaq. S. Rüstəmxanlı 2008-ci ildə keçiriləcək prezident seçkisində VHP-nin hansı şəkildə iştirakının qurultayda müəyyənləşəcəyini də deyib: “Vaxta bir il qalır. İndidən seçkilərə namizəd kimi iştirakımla bağlı bir şey deyə bilmərəm”. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR