NATO Parlament Assambleyasının alt komitəsinin üzvləri Azərbaycana səfərə gəlib

NATO Parlament Assambleyasının alt komitəsinin üzvləri Azərbaycana səfərə gəlib
# 19 sentyabr 2007 11:49 (UTC +04:00)
NATO Parlament Assambleyasının (PA) Təhlükəsizliyin Mülki Ölçü Komitəsinin Demokratik İdarəçilik üzrə Alt Komitəsinin üzvləri Azərbaycana səfərə gəlib. Bu barədə APA-ya məlumat Milli Məclisin mətbuat xidmətindən daxil olub. Məlumata görə, səfər zamanı qonaqlar Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının sədri Ziyafət Əsgərov, Parlamentlərarası münasibətlər və beynəlxalq əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovla görüşəcəklər. Bundan başqa, NATO PA nümayəndələrinin Azərbaycanın Xarici İşlər və Milli Təhlükəsizlik nazirliklərində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və ATƏT-in Bakı ofisində görüşlər keçirəcəyi gözlənilir. Səfər sentyabrın 21-də başa çatacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR