Ziyafət Əsgərov Çətin Kazakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
19 sentyabr 2007 15:34 (UTC +04:00)
NATO Parlament Assambleyası Təhlükəsizliyin mülki ölçü Komitəsinin Demokratik İdarəçilik üzrə Alt Komitəsinin sədri Çətin Kazakın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclis sədrinin birinci müavini, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovla görüşüb. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Z. Əsgərov qonaqlara Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, ordu quruculuğu, iqtisadi sahədə həyata keçirilən islahatlar, Azərbaycanla NATO arasındakı əlaqələrin inkişafı barədə ətraflı məlumat verib. O, ölkədə insan hüquqlarının qorunmasının Azərbaycanın ali məqsədi olduğunu, prezident İlham Əliyevin bu sahə ilə əlaqədar bir sıra vacib proqramlar təsdiq etdiyini, ölkədə Ombudsman institutunun yaradıldığını vurğulayıb. Azərbaycanla NATO arasında 1994-cü ildə “Sülh Naminə Tərəfdaşlıq Proqramı” ilə başlanan əməkdaşlığın daha da genişləndiyini deyib və may ayında ölkəmizə səfər edən NATO nümayəndə heyətinin ölkəmizdə ordu quruculuğu sahəsində görülmüş işləri yüksək qiymətləndirdiyini bildirib. Çətin Kazak ətraflı məlumata görə minnətdarlığını bildirib və qeyd edib ki, səfərdə məqsəd ölkəmizin iqtisadi, siyasi inkişafı, həyata keçirilən hüquqi, demokratik islahatlar barədə ətraflı məlumat toplamaq və Azərbaycanla NATO arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparmaqdır. /APA/
Daxili siyasət
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib
18:41
11 sentyabr 2024
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib
16:10
11 sentyabr 2024
Hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək
15:32
7 sentyabr 2024
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
08:03
1 sentyabr 2024