Aqşin Mehdiyev: “Baş Assambleyada işğal olunmuş ərazilərdəki yanğınlar və “dondurulmuş münaqişələr”lə bağlı qətnamə qəbul oluna bilər”

Aqşin Mehdiyev: “Baş Assambleyada işğal olunmuş ərazilərdəki yanğınlar və “dondurulmuş münaqişələr”lə bağlı qətnamə qəbul oluna bilər”
# 20 sentyabr 2007 08:11 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev deyib. O bildirib ki, Azərbaycanla bağlı iki məsələ - işğal olunmuş ərazilərdəki yanğınlar və GUAM ərazisindəki “dondurulmuş münaqişələr”lə bağlı məsələlər Baş Assambleyanın 61-ci sessiyasının gündəliyində olub. Ancaq sonradan həmin məsələlərin 62-ci sessiyada müzakirə olunması qərarlaşdırılıb və sentyabrın 17-də bu barədə qəti qərar verilib: “Müzakirələrin 63-cü sessiyaya saxlanılıb-saxlanılmayacağını söyləmək çətindir, çünki bu, taktika və strategiya məsələsidir”. Səfir bu problemlərin BMT sessiyasının gündəminə salınmasını Azərbaycanın beynəlxalq arenadakı böyük uğuru adlandırıb. Onun sözlərinə görə, müzakirələrin gedişindən asılı olaraq Azərbaycanın sonrakı uğurlarından danışmaq mümkün olacaq. A. Mehdiyevin fikrincə, böyük ehtimalla beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edəcək və Dağlıq Qarabağda separatçıların hərəkətlərini pisləyəcək. Qeyd olunan məsələlərlə bağlı qətnamənin qəbulu da mümkündür. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR