Litva hökumətinin üzvləri Azərbaycana səfər edəcəklər

Litva hökumətinin üzvləri Azərbaycana səfər edəcəklər
# 21 sentyabr 2007 09:44 (UTC +04:00)
Sentyabrın 24-də Litva Sərhəd Xidmətinin rəhbəri Azərbaycana ilk rəsmi səfərə gələcək. Bu barədə APA-ya Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kyastutis Kudzmanas məlumat verib. Onun sözlərinə görə, səfər barədə razılaşma prezident İlham Əliyevin Vilnüsə səfəri zamanı əldə olunub. Litva Sərhəd Xidmətinin rəhbəri Bakıda azərbaycanlı həmkarları ilə müzakirələr aparacaq. Səfər zamanı Azərbaycanla Litva arasında dövlət sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlıq barədə saziş imzalanacaq. Bundan başqa oktyabrda Litvanın sosial təminat nazirinin, noyabrda isə nəqliyyat nazirinin Azərbaycana səfəri nəzərdə tutulub. Bu səfərlər zamanı iki ölkə arasında gənclər siyasəti sahəsində və nəqliyyat sahəsində dövlətlərarası sazişin imzalanması nəzərdə tutulur. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR