Araz Əzimov: “Qazaxıstanın ATƏT-ə sədrlik niyyəti Azərbaycan tərəfindən dəstəklənir”

Araz Əzimov: “Qazaxıstanın ATƏT-ə sədrlik niyyəti Azərbaycan tərəfindən dəstəklənir”
# 21 sentyabr 2007 13:42 (UTC +04:00)
“Azərbaycan Qazaxıstanı özünə yaxın, tərəfdaş ölkə sayır. Bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edir”. Bu sözləri APA-nın sualına cavabında xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, Qazaxıstanın ATƏT sədrliyinə nail olmaq niyyəti Azərbaycan tərəfindən məqbul hesab olunur və dəstəklənir: “Lakin bu məsələ tək Azərbaycandan asılı deyil. ATƏT konsensus əsasında fəaliyyət göstərir və yəqin ki, bu məsələyə müvafiq qaydada baxılacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR