Akif Nağı: “Ərazi bütövlüyümüzün əleyhinə aparılan danışıqlara yalnız QAT etiraz edəcəksə, onda Qarabağ getdi”

Akif Nağı: “Ərazi bütövlüyümüzün əleyhinə aparılan danışıqlara yalnız QAT etiraz edəcəksə, onda Qarabağ getdi”
# 21 sentyabr 2007 15:03 (UTC +04:00)
“Heç bir sanksiya və məhkəmə qərarı olmadan dörd gündür polis evdən çıxmağıma imkan vermir”. Bu sözləri APA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. O bildirib ki, mülki geyimli polis əməkdaşları qrup şəkilində yaşadığı binanı mühasirədə saxlayaraq binanın giriş-çıxışlarında postlar qurub. O, bir neçə dəfə evdən çıxmağa cəhd göstərdiyini və bu zaman polisin hərəkətə keçdiyinin şahidi olduğunu söyləyib. A. Nağı bəzi QAT fəallarının evlərinin və hərəkətlərinin də nəzarətdə saxlanıldığını qeyd edib: “Ölkənin siyasi qurumları bu vəziyyəti görüb yaxşı fikirləşsinlər. Əgər ərazi bütövlüyümüzün əleyhinə aparılan danışıqlara yalnız QAT etiraz edəcəksə, onda Qarabağ getdi. Siyasi partiyalar və ictimai təşkilatlar gözləmə mövqeyi tutmalarını heç nə ilə əsaslandıra bilməyəcəklər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR