BMT Baş Assambleyanın 62-ci sessiyasının gündəliyi təsdiqlənib, Azərbaycanla bağlı hər iki məsələ gündəlikdə saxlanılıb

BMT Baş Assambleyanın 62-ci sessiyasının gündəliyi təsdiqlənib, Azərbaycanla bağlı hər iki məsələ gündəlikdə saxlanılıb
# 22 sentyabr 2007 10:11 (UTC +04:00)
Xatırladaq ki, bu məsələlər sessiyanın beynəlxalq sülhün və təhlükəsizliyin qorunması bölümündə 16-cı bənd kimi yer almış “GUAM məkanında uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” və 20-ci bənd kimi “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət” adlanır. 61-ci sessiyadan 62-ci sessiyaya keçmiş uzadılmış münaqişələrlə bağlı məsələnin nə vaxt müzakirə olunacağı barədə sualı cavablandıran X. İbrahimin sözlərinə görə, Bakıda GUAM ölkələri milli koordinatorları Şurasının iclasında qərara alınıb ki, məsələ ilə bağlı qətnamənin hazırlanması və dəstəklənməsi üçün GUAM ölkələri ilə məşvərət aparılandan sonra məsələ müzakirəyə çıxarılacaq. Diplomatın sözlərinə görə, “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət” adlı məsələ ilə bağlı isə
Azərbaycan fərdi qaydada fəaliyyət göstərəcək.
Qeyd edək ki, sentyabrın 18-də açılmış 62-ci sessiya il ərzində fəaliyyət göstərəcək və məsələlər həmin müddət ərzində müzakirə oluna bilər. “Bir məsələ bir sessiyadan digər sessiyaya neçə dəfə keçirilə bilər” sualını cavablandıran XİN sözçüsü deyib ki, bunun üçün limit yoxdur: “İstənilən məsələ bir sessiyanın gündəliyindən növbəti sessiyasının gündəliyinə bir neçə dəfə keçirilə bilər. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR