Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedir

Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedir
# 25 sentyabr 2007 10:07 (UTC +04:00)
Diskussiyalarda 80 dövlət və hökumət başçısı, o cümlədən xarici işlər nazirləri iştirak edəcək. XİN-dən o da bildirilib ki, sentyabrın 27-də sessiyada Elmar Məmmədyarovun çıxışı gözlənilir. Bundan başqa, nazir bir sıra ikitərəfli görüşlər də keçirəcək. Elə həmin gün sessiya çərçivəsində GUAM xarici işlər nazirləri Şurasının 4-cü iclası keçiriləcək. Nyu-Yorkda, həmçinin, GUAM-ABŞ və GUAM-Polşa danışıqlarının aparılması da nəzərdə tutulur.
Qeyd edək ki, 62-ci sessiyanın təsdiqlənmiş gündəliyinə Azərbaycanla bağlı iki məsələ daxil edilib. Gündəliyin 16-cı bəndinə “GUAM məkanında uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri”, 20-ci bəndinə isə “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət” adlı mövzular salınıb. Bu məsələlər sessiyanın davam edəcəyi bir il ərzində müzakirə oluna bilər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR