Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 20-də Əfqanıstana gedəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 20-də Əfqanıstana gedəcək
# 26 sentyabr 2007 08:23 (UTC +04:00)
Oktyabrın 16-20-də Heratda İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının növbəti toplantısı keçiriləcək. BU barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. Toplantının ilk iki günü ekspertlər səviyyəsinə, oktyabrın 19-da isə işçi qruplar səviyyəsində görüşlər keçiriləcək. Bir gün sonra isə İƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı nəzərdə tutulur. Azərbaycanın bu toplantıda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. İclasda İƏT üzvü ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq, işçi qrupların hazırladığı hesabatlar dinləniləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR