Bahar Muradova ATƏT Parlament Assambleyasının parlament konfransında iştirak edəcək

Bahar Muradova ATƏT Parlament Assambleyasının  parlament konfransında iştirak edəcək
# 26 sentyabr 2007 11:48 (UTC +04:00)
Sentyabrın 29-dan oktyabrın 2-dək kimi Sloveniyada ATƏT Parlament Assambleyasının parlament konfransı keçiriləcək. Konfransda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova və millət vəkili Azay Quliyev iştirak edəcək. B. Muradova APA-ya açıqlamasında tədbirdə “ATƏT regionu ölkələrində əməkdaşlıq yolu ilə təhlükəsizliyin təmin olunmasında parlamentarilərin rolu” mövzusunda müzakirələrin aparılacağını bildirib. Onun sözlərinə görə, konfrans çərçivəsində müxtəlif mövzular, energetika sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyinin təmin olunması, iqtisadi və regional əməkdaşlıq, yerli demokratiya və digər mövzuda müzakirələr aparılacaq. B. Muradova konfrans çərçivəsində, ATƏT PA-nın Aralıq hövzəsi forumunun növbəti toplantısının keçiriləcəyini bildirib: “Burada əsasən Aralıq dənizi ölkələri və ATƏT regionu arasında regional və iqtisadi əməkdaşlıq, o cümlədən milli azlıqların hüquqları və onların qorunması mövzusunda müzakirənin aparılacağı gözlənilir”. Vitse-spiker konfrans çərçivəsində daimi komitəsinin iclasının keçiriləcəyini də deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR