Azərbaycan paytaxtında NATO-nun dəstəyi ilə konfrans keçiriləcək

Azərbaycan paytaxtında NATO-nun dəstəyi ilə konfrans keçiriləcək
# 27 sentyabr 2007 13:08 (UTC +04:00)
Noyabrın 5-6-da Bakıda NATO-nun dəstəyi ilə “Avro-Atlantik məkana inteqrasiya sahəsində dövlət orqanları və vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans keçiriləcək. Bu barədə APA-ya konfransın təşkilatçısı olan Azərbaycanın Avrasiya Hüquqşünasları Assosiasiyasının sədri Nadir Adilov məlumat verib.
N. Adilovun sözlərinə görə, konfransda məqsəd Avro-Atlantik məkana inteqrasiya sahəsində həyata keçirilən tədbirləri müzakirə etməkdir. Tədbirdə Azərbaycanın hökumət rəsmiləri ilə yanaşı, NATO-nun İctimai Diplomatiya bölməsinin Cənubi Qafqaz ölkələri üzrə əlaqələndiricisi, xanım Despina Afentuli və NATO-nun Cənubi Qafqaz üzrə koordinatoru Zbiqnev Rıbatskinin iştirakı da gözlənilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR