Bakıda Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin iclası keçirilib

Bakıda Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin iclası keçirilib
# 28 sentyabr 2007 15:02 (UTC +04:00)
Bu gün Bakıda Avropa İttifaqının (Aİ) Yeni Qonşuluq Siyasəti çərçivəsində görülən işlərlə bağlı Azərbaycan-Aİ Əməkdaşlıq Komitəsinin VIII iclası keçirilib. “APA-Economics”in məlumatına görə, Azərbaycan Nəqliyyat Nazirliyinin konfrans zalında təşkil olunmuş iclas KIV-in iştirakı olmadan, qapalı keçirilib. Tədbirdə iştirak edən hökumət nümayəndələrinin “APA-Economics”ə verdiyi məlumata görə, toplantıda komitənin VI və VII iclasların, həmçinin enerji və nəqliyyat üzrə alt komitələrin protokolları təsdiq olunub.
İclasda iqtisadiyyatın nəqliyyat, energetika, infrastruktur və s. sahələrində əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri, həmçinin, insan haqları, söz azadlığı, demokratiya və mediayanın hazırkı vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR