Noyabrda ATƏT-in Parlament Assambleyasının prezidenti Qoran Lenmarkerin Cənubi Qafqaza səfəri gözlənilir

Noyabrda ATƏT-in Parlament Assambleyasının prezidenti Qoran Lenmarkerin Cənubi Qafqaza səfəri gözlənilir
# 29 sentyabr 2007 08:47 (UTC +04:00)
Bu ilin noyabrında ATƏT-in Parlament Assambleyasının prezidenti Qoran Lenmarkerin Cənubi Qafqaz regionuna növbəti səfəri planlaşdırılır. Bu barədə APA-ya ATƏT PA-nın Danimarkadakı ofisindən məlumat verilib. Səfərin dəqiq tarixi hələlik müəyyənləşdirilməyib. Q. Lenmarker Ermənistan, Gürcüstan və Azərbaycanda olacaq. Səfər zamanı regional təhlükəsizlik, bölgə ölkələrinin Avropaya inteqrasiyası və digər məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, Q. Lenmarker sonuncu dəfə bu ilin fevralında regionda olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR