Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan ABŞ səfirinin müşaviri ilə görüşüb

Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan ABŞ səfirinin müşaviri ilə görüşüb
# 02 noyabr 2007 15:21 (UTC +04:00)
Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan bu gün ABŞ səfirinin müşaviri Rebeka Naslind ilə görüşüb. ALP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət müzakirə edilib. Tərəflər son günlər Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı ictimaiyyətdə aparılan müzakirələrə də diqqət yetiriblər. Avropa Şurası Venesiya Komissiyasının təşəbbüsü ilə noyabrın 7-9-na planlaşdırılan iqtidar-müxalifət görüşü və 4 müxalifət partiyasının bu məsələdə tutduğu mövqe, müzakirələrin boykot olunması qərarı və vəziyyətdən çıxış yolları müzakirə edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR