Daniel Frid: “Erməni soyqırımı” haqqında qanunun Konqresdə qəbulu Ermənistan və Türkiyə arasında dialoqun bərpasına yardım etməyəcəkdi”

Daniel Frid: “Erməni soyqırımı” haqqında qanunun Konqresdə qəbulu Ermənistan və Türkiyə arasında dialoqun bərpasına yardım etməyəcəkdi”
# 05 noyabr 2007 08:31 (UTC +04:00)
Onun sözlərinə görə, “erməni soyqırımı” haqqında qanun layihəsinin ABŞ Konqresindən keçməməsi Dövlət Departamentinin bu istiqamətdə hansı işlər gördüyünü ortaya qoyur: “Prezident Buş, dövlət katibi Kondoliza Rays və şəxsən mən bu məsələ ilə bağlı Konqresə müraciət etmişik. Çünki biz hesab edirik ki, bu kimi addımlar 1915-ci ildə baş vermiş hadisələrlə bağlı diskussiyaların bərpasına yardım göstərmir. Düzdür, o hadisələr zamanı çoxlu sayda insan ölüb, amma bunu soyqırımı adlandırmaq yalnız qarşılıqlı dialoqdan, diskussiyalardan sonra mümkün ola bilər. Konqresin bu qanun layihəsini qəbul etməsi dialoqun bərpasına kömək etməyəcəkdi”. Daniel Frid bildirib ki, hər bir ölkənin tarixində qara ləkə mövcud olub: “Məsələn, ABŞ tarixində quldarlıq, hindular məsələsi ilə bağlı qara ləkələr var, amma bu, o demək deyil ki, ölkə pis dövlətdir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR