Xəzər İbrahim: “ABŞ İranla iqtisadi əlaqələri dayandırmaq barədə Azərbaycana müraciət etməyib”

Xəzər İbrahim: “ABŞ İranla iqtisadi əlaqələri dayandırmaq barədə Azərbaycana müraciət etməyib”
# 05 noyabr 2007 10:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri bu gün ənənəvi həftəlik brifinqdə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim söyləyib: “Bu, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli şəxsi tərəfindən bəyan olunmuş bir çağırışdır, hal-hazırda isə bununla əlaqədar bizə rəsmi sənəd və rəsmi müraciət daxil olmayıb”. Diplomat Azərbaycanla ABŞ-ın strateji tərəfdaş olduğunu söyləyib: “Biz münasibətlərimizi daim inkişaf etdirir və müxtəlif məsələlər üzrə sıx əməkdaşlıq edirik. Digər tərəfdən Azərbaycan və İran qonşu ölkələrdir, bizim dost münasibətlərimiz var. Biz ABŞ-la İran arasında mövcud gərginliyin dinc, diplomatik yolla həll olunmasının tərəfdarıyıq. Ümidvarıq ki, regionda növbəti bir gərginlik yaranmayacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR