Polşa Senatının sədri GUAM Parlament Assambleyasının Bakı toplantısında iştirak edəcək

Polşa Senatının sədri GUAM Parlament Assambleyasının Bakı toplantısında iştirak edəcək
# 05 noyabr 2007 13:29 (UTC +04:00)
Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat - GUAM Parlament Assambleyasının yaxın vaxtlarda Bakıda keçiriləcək 4-cü iclasında Polşa Senatının sədri də iştirak edəcək. APA-nın məlumatına görə Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevski bildirib ki, parlament rəhbəri Bakıda olan zaman Azərbaycan paytaxtında bir çox möhtəşəm binanın memarı olmuş polşalı memar Yosif Qoslavskinin yaşadığı binanın üzərinə vurulmuş memorial lövhənin rəsmi açılış mərasimi keçiriləcək. Xatırladaq ki, bu lövhə prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə vurulub.
Qeyd edək ki, bu gün Varşavada sentyabrın 21-də keçirilmiş parlament seçkiləri nəticəsində formalaşmış Senatın ilk iclası keçirilir və parlament rəhbəri seçilir. K. Krayevskinin verdiyi məlumata görə əvvəlki sədr Boqdan Boruseviçin də bu vəzifəyə namizədliyi irəli sürülüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR