Terri Devis Dağlıq Qarabağda separatçı rejimin hökm sürdüyünü bildirib

Terri Devis Dağlıq Qarabağda separatçı rejimin hökm sürdüyünü bildirib
# 05 noyabr 2007 14:08 (UTC +04:00)
APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi məlumata görə, bu sözləri İrəvanda Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla keçirdiyi mətbuat konfransında Avropa Şurasının baş katibi Terri Devis deyib. O, Dağlıq Qarabağ münaqişəsini Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələri ilə eyniləşdirib. T. Devis bildirib ki, kosovolular və Türkiyədəki bolqarlardan fərqli olaraq, Dağlıq Qarabağ xalqı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməklə beynəlxalq hüquqdan istifadə etmək imkanından məhrumdur. Dağlıq Qarabağda yerli özünüidarəetmə orqanlarına keçirilən son seçkiləri şərh edən AŞ baş katibi “DQR” rejiminin beynəlxalq aləm tərəfindən tanınmadığını xatırladıb. Onun sözlərinə görə, AŞ keçirilən seçkiləri pisləmirsə, bu, o demək deyil ki, həmin seçkiləri tanıyır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR