Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə nümayəndə heyətlərinin görüşü başa çatıb YENİLƏNİB

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə nümayəndə heyətlərinin görüşü başa çatıb    <font color=#FF0000>YENİLƏNİB</font>
# 06 noyabr 2007 15:20 (UTC +04:00)
Görüşü açıq elan edən prezident İ. Əliyev A. Gülü salamlayıb, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu və bütün sahələri əhatə etdiyini vurğulayıb. A. Gül çıxışına Heydər Əliyevin “Bir millət-iki dövlət” fikrini xatırlatmaqla başlayıb: “Özümüzü Vətənimizdə hiss edirik. Bu mənim Türkiyə prezidenti kimi xarici ölkəyə ilk rəsmi səfərimdir. Bu isə Azərbaycana nə cür önəm verdiyimizi göstərir”.
Nümayəndə heyətlərinin görüşündən sonra tərəflər arasında müxtəlif sahələri əhatə edən 3 sənəd və Bəyannamə imzalanacaq.
Qeyd edək ki, A. Gül səfər çərçivəsində Azərbaycanın baş naziri və parlamentin sədri ilə də görüşəcək, millət vəkilləri qarşısında çıxış edəcək. Bu səfərində A. Gül Azərbaycanın bölgələrinə səfər edəcək ilk Türkiyə prezidenti olacaq. O, Gəncəyə səfər edərək, qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə də maraqlanacaq. A. Gül həmçinin türkiyəli iş adamları və tələbələrlə görüşəcək. Onun səfəri çərçivəsində türk və azərbaycanlı iş adamlarının birgə biznes forumu keçiriləcək. Türkiyə prezidentinin başçılıq etdiyi nümayəndə heyətinə 200 türk iş adamı da daxildir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR