Sərdar Cəlaloğlu: “AMİP və ASDP müxalifət partiyaları arasında məsləhətləşmələrə ehtiyac görmür”

Sərdar Cəlaloğlu: “AMİP və ASDP müxalifət partiyaları arasında məsləhətləşmələrə ehtiyac görmür”
# 06 noyabr 2007 15:18 (UTC +04:00)
“AMİP və ASDP hesab edir ki, artıq müxalifət partiyaları arasında məsləhətləşmələrə ehtiyac yoxdur. Ona görə də 6 müxalifət qurumunun yaratdığı Məsləhət Şurası öz fəaliyyətini dayandırıb”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, nə zaman sözügedən partiyalar məsləhətə ehtiyac hiss edəcəksə, o zaman bu şuranın fəaliyyəti yenidən bərpa edəcəklər. Şuranın fəaliyyətini dayandırmasının səbəblərinə gəldikdə, S. Cəlaloğlu bildirib ki, qurumun növbəti toplantısını ASDP təşkil etməli idi: “Amma üzrlü səbəbə görə İsa Qəmbərlə mən orda iştirak edə bilməmişdik və əvvəldən xahiş etmişdik ki, təxirə salsınlar. Bunu əsas götürüb bizə qarşı saymamazlıq etmişdilər və şuradan çıxdıqlarını bildiriblər. Qeyri-rəsmi səbəb kimi bu göstərilir. Amma rəsmi olaraq onlar guya bizim “Azadlıq” blokundakı partiyalarla birgə bəyanat verməyimizə etiraz ediblər və burada da yanlış yol tutublar. Çünki Məsləhət Şurasında əvvəlcədən bildirmişdilər ki, digər partiyalarla qəbul edəcəyimiz prinsipləri onlar da qəbul etməyə hazırdırlar”. S.Cəlaloğlunun sözlərinə görə, şura üzvləri əvvəlcədən müxalifətin birliyi naminə istənilən təklifə razı olduqlarını bildirsələr də, sonradan bu fikirlərini dəyişiblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR