Azərbaycan parlamentində PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı komissiya yaradılıb

Azərbaycan parlamentində PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı komissiya yaradılıb
# 08 noyabr 2007 09:44 (UTC +04:00)
Parlamentdən APA-ya daxil olan məlumata görə, komissiyaya Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov sədr təyin olunub. Komissiyanın üzvü, millət vəkili Baba Tağıyev APA-ya açıqlamasında artıq bununla bağlı xüsusi bəyanat mətninin hazırlandığını bildirib. Millət vəkili qəbul olunacaq sənəddə Milli Məclisin PKK-nı terrorçu təşkilat kimi rəsmən tanıması faktının əks olunacağını deyib. Bəyanat yaxın günlərdə Milli Məclisin müzakirəsinə çıxarılacaq: “Biz bu sənədi qəbul etməklə Azərbaycan xalqının və dövlətinin Türkiyənin yanında olduğunu bir daha sübut edəcəyik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR