ADP prezident seçkiləri ilə bağlı yekun qərarını gələn ilin yanvarında verəcək

ADP prezident seçkiləri ilə bağlı yekun qərarını gələn ilin yanvarında verəcək
# 08 noyabr 2007 10:20 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) prezident seçkiləri ilə bağlı qərarını 2008-ci il yanvarında keçiriləcək Ali Məclisin iclasında verəcək. ADP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seçkilərlə bağlı qəti qərar verilməzdən öncə rayon təşkilatlarının mövqeyi öyrəniləcək. Hazırda rayon təşkilatlarında bununla bağlı müzakirələr aparılır. Bu müzakirələr dekabrın sonuna kimi davam edəcək. Partiyanın seçkilərlə bağlı gözləmə mövqeyində olmasınan səbəblərindən biri isə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı başlamış müzakirələrdir. Həm bu, həm də partiyadaxili müzakirənin nəticəsindən asılı olaraq ADP seçkilərlə bağlı yekun qərar qəbul edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR