Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin növbəti toplantısı Avropa ölkələrindən birində keçiriləcək

Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin növbəti toplantısı Avropa ölkələrindən birində keçiriləcək
# 13 noyabr 2007 14:23 (UTC +04:00)
Dekabrın əvvəlində Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin Avropada toplantısı keçiriləcək. DAK sədrinin müavini Sabir Rüstəmxanlı APA-ya bildirib ki, toplantıda DAK-ın bir müddət əvvəl qurumdan ayrılan Demokratik Dünya Azərbaycanlıları Konqresi (DDAK) ilə birləşməsi məsələsi müzakirə olunacaq və İdarə Heyətində bu məsələyə dair yaranan fikir ayrılığına son qoyulmağa çalışılacaq. S. Rüstəmxanlı İdarə Heyətinin bu toplantısının xüsusi əhəmiyyət kəsb etdiyini də vurğulayıb: “Avropadakı dostlarımızın bəziləri DAK-ın birləşməsi ilə bağlı məsələ ortaya çıxandan sonra narahat olmağa başlayıblar. Onların fikrincə, DAK-ı tərk edən həmin qrup bütün körpüləri yandırıb və onları təşkilata dəvət etməklə problem yarana bilər. Amma biz əlavə problemlərin yaranmasını istəmirik və DAK-da növbəti parçalanmaya şahid olmağı arzulamırıq”. O, DAK-ın sonuncu qurultayının qeyri-legitimliyi haqda bəzi şəxslər tərəfindən verilən bəyanatları da pisləyib. S. Rüstəmxanlının fikrincə, DAK rəhbərliyi qurumdan kimisə uzaqlaşdırmağı qarşısına məqsəd qoymayıb və münasibətlərin normallaşmasının tərəfdarıdır. Qeyd edək ki, DAK tərəfdən sədr Qulamrza Səbri Təbrizi, müavinlər Sabir Rüstəmxanlı, Abuzər Bağırov və Adil Minbaşı, DDAK-dan isə sədr Məhəmmədrza Xeşti, Xaqani Qayıblı, Əhməd Obalı və Teymur Eminbəylinin təmsilçiliyi ilə birlik komissiyası yaradılıb. Bu günə kimi həmin komissiyanın iki toplantısı keçirilib və sonuncu yığıncaqda 2008-ci ilin mayında birlik qurultayının keçirilməsinə dair razılaşma əldə edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR