ABŞ Sərhəd Mühafizə Strateji İslahatlar Qrupunun direktoru Azərbaycana gəlib

ABŞ Sərhəd Mühafizə Strateji İslahatlar Qrupunun direktoru Azərbaycana gəlib
# 13 noyabr 2007 16:47 (UTC +04:00)
ABŞ Sərhəd Mühafizə Strateji İslahatlar Qrupunun direktoru xanım Codi Brekebec bu gün Azərbaycana səfərə gəlib. APA-nın xəbərinə görə, C. Brekebec ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında bir qrup Azərbaycan qadını ilə görüş keçirib. Səfərinin məqsədi barədə məlumat verən C. Brekebec bildirib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşına treninqlər keçirəcək. ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi isə Azərbaycan qadınlarını ictimai-siyasi baxımdan aktiv olmağa səsləyib: “İnanırıq ki, bu ölkənin gələcəyinin müasir, dünyəvi, demokratik və müstəqil dövlət kimi qorunmasında Azərbaycan qadınının xüsusi rolu var və olacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR