AMİP gələn il növbədənkənar qurultay keçirə bilər

AMİP gələn il növbədənkənar qurultay keçirə bilər
# 14 noyabr 2007 10:03 (UTC +04:00)
2008-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbəti qurultayının keçirilməsi planlaşdırılır. Partiyanın sədri Ayaz Rüstəmov APA-ya açıqlamasında bildirib ki, bundan əvvəl keçirilən bütün seçkilər öncəsi AMİP-in qurultayı olub və seçkilərdə atılacaq addımlar bu toplantıda müəyyənləşdirilib. Hazırda qurultayla bağlı konkret qərarın olmadığını deyən partiya sədri belə bir qərarın olacağı halda hazırlığın böyük problem yaratmayacağını söyləyib: “Bizim növbəti qurultayımız 2009-cu ilə təsadüf edir. Əgər növbədənkənar qurultay olarsa, o zaman ötən qurultayda seçilmiş nümayəndələr iştirak edəcəklər. Yeni nümayəndələrin seçilməsinə ehtiyac olmayacaq”. A. Rüstəmov AMİP-in prezident seçkiləri ilə bağlı qərarını qurultayda verəcəyini və namizəd müəyyənləşdirəcəyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR