Müasir Müsavat Partiyasının Sədr Aparatının fəaliyyəti dayandırılıb

Müasir Müsavat Partiyasının Sədr Aparatının fəaliyyəti dayandırılıb
# 14 noyabr 2007 13:16 (UTC +04:00)
Bu gün Müasir Müsavat Partiyası (MMP) İdarə Heyətinin növbəti iclası keçirilib. Müasir Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda müzakirə mövzusu partiyanın III qurultayına hazırlıqla bağlı olub. Uzun müzakirələrdən sonra qurultaya yüksək səviyyədə hazırlaşmaq üçün qərara alınıb ki, sədr aparatının səlahiyyəti dayandırılsın və bütün güc bu yöndə səfərbər edilsin. Qeyd edək ki, bununla bağlı Təşkilat Komitəsi yaradılıb. TK-ya sədrlik səlahiyyəti partiyanın sədri Hafiz Hacıyevə verilib. TK-nın tərkibinə səlahiyyətləri dayandırılmış müavin, müşavir və təşkilat şöbəsinin müdirləri daxil edilib. TK-ya nəzarət isə Seçki və ictimaiyyətlə əlaqələr üzrə sədrin müşaviri Yadigar Bayramova həvalə edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR