Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri yekunlaşıb

Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri yekunlaşıb
# 15 noyabr 2007 10:50 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri yekunlaşıb. MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun APA-ya verdiyi məlumata görə, səfər Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Şapovalın dəvəti ilə reallaşıb. Azərbaycan nümayəndə heyəti Ukrayna Mərkəzi Seçki Komissiyasının yaranmasının 10 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak edib. Səfərin sonuncu günü M. Pənahov Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları ilə birlikdə Heydər Əliyevin heykəlini ziyarət edib və abidənin önünə əklil qoyub. Nümayəndə heyəti bu gün Azərbaycana qayıdacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR