Ramil Usubov: “Heç bir dövlət terror təhlükəsindən sığortalanmayıb, bu təhlükənin qarşısının alınması üçün müvafiq işlər görülür”

Ramil Usubov: “Heç bir dövlət terror təhlükəsindən sığortalanmayıb, bu təhlükənin qarşısının alınması üçün müvafiq işlər görülür”
# 17 noyabr 2007 09:06 (UTC +04:00)
“Bakıda və ümumilikdə Azərbaycanda baş verənlər həmişə olduğu kimi hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Cinayət hadisələrinin tam əksəriyyəti açılır, cinayətkarlar tutulub məhkəmə məsuliyyətinə cəlb olunur. Son zamanlar silahlı cinayətkar dəstələrin müəyyənləşdirilməsi, tutulması istiqamətində də daxili işlər orqanları, prokurorluq, milli təhlükəsizlik, digər hüquq-mühafizə orqanları birgə fəaliyyət göstərirlər”. APA-nın xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında daxili işlər naziri Ramil Usubov bildirib. Cinayətkar qrupların bir çoxunun artıq yaxalandığını bildirən nazir deyib ki, istintaq gedir və qanunu pozanlar layiqli cəzalarını alacaqlar. Azərbaycanda terror təhlükəsi ehtimalı ilə bağlı sualı cavablandıran nazir bildirib ki, heç kim terrordan sığortalanmayıb, terror təhlükəsini hər zaman gözləmək lazımdır: “Bu kimi təhlükələrin önlənməsi üçün müvafiq iş aparılır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR