Rəcəb Tayyip Ərdoğan: “Dağlıq Qarabağın işğalı hamımızın qanayan yarasıdır”

Rəcəb Tayyip Ərdoğan: “Dağlıq Qarabağın işğalı hamımızın qanayan yarasıdır”
# 17 noyabr 2007 09:52 (UTC +04:00)
O, qurultayın keçirildiyi ölkənin torpaqlarının işğal altında olmasını bir daha xatırladıb: “Bu tədbirə ev sahibliyi edən Azərbaycanın torpaqları qonşu dövlətin işğalı altındadır. Bir milyona yaxın insanımız bu işğal nəticəsində öz ölkəsində qaçqın vəziyyətində yaşayırlar. Bu vəziyyət bizi narahat etməsinə baxmayaraq, dünya ictimaiyyətini bu məsələyə hələ də göz yumur. Problem həll edilmir, ortada isə bir oyun var. Bölgədə ədalətin və sülhün hakim olması üçün ən təməl şərtlərdən biri Ermənistanın bu işğalına son verməsi, beynəlxalq hüquq prinsiplərinə riayət etməsidir. Ortada ABŞ, Fransa, Rusiyanın yaratdığı bir qurum var, amma ədalətli qərar varmı? Əlbəttə, yox. Ermənistan insan haqlarına, qonşuluq prinsiplərinə heç bir hüquqa uyğun olmadan son qoymağa məcburdur. Türkiyə bu məsələdə hər zaman qardaş Azərbaycanın yanında olub, bundan sonra da belə olacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR