“Dördlük” növbəti addımlarını hələ müəyyənləşdirməyib

“Dördlük” növbəti addımlarını hələ müəyyənləşdirməyib
# 19 noyabr 2007 08:40 (UTC +04:00)
Dörd müxalifət partiyasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı atacağı növbəti addımlar müəyyənləşməyib. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyib. O bildirib ki, Venesiya Komissiyasının təşkilatçılığı ilə keçirilən müzakirələrdən sonra bu partiyalar hələlik bir araya gələrək müzakirə aparmayıb: “Birinci mərhələdə bu partiyalar vahid mövqe nümayiş etdirərək ümumi sənəd hazırlayıb. Bundan sonrakı məsələlər isə hələ müzakirə olunmayıb. Partiyaların bir araya gələrək məsləhətləşmə aparmasına ehtiyac var. Mən ümid edirəm ki, dörd partiya bu mövqeyi axıra kimi qoruyub saxlayacaq”.
Qeyd edək ki, AXCP, ADP, ALP və Müsavat Partiyası bir müddət əvvəl Seçki Məcəlləsi ilə bağlı birgə bəyanatla çıxış etmişdilər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR