Səfa Mirzəyev: “Müxalifətin Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təklifləri müzakirə predmeti deyil”

Səfa Mirzəyev: “Müxalifətin Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təklifləri müzakirə predmeti deyil”
# 20 noyabr 2007 10:41 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Milli Məclis Aparatının rəhbəri, Seçki Məcəlləsinin təkmilləşdirilməsi üzrə Venesiya Komissiyası ilə Azərbaycan arasında fəaliyyət göstərən işçi qrupunun üzvü Səfa Mirzəyev deyib. Milli Məclis Aparatının rəhbəri bildirib ki, 2008-ci ilin prezident seçkilərinə qədər Seçki Məcəlləsində dəyişiklik edilməsi real görünsə də, bu dəyişikliyin seçki komissiyalarının tərkibi ilə əlaqədar olacağı gözlənilmir. Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı Venesiya Komissiyası ilə növbəti görüşün yerinin və vaxtının hələlik məlum olmadığını deyən S. Mirzəyev bu görüşün həm Bakıda, həm də Avropada da baş tuta biləcəyini istisna etməyib: “Venesiya Komissiyasının ekspertləri hələ bizim təqdim etdiyimiz layihəyə qəti rəylərini bildirməyib, heç bir təklif verməyiblər. Ona görə də ortada müzakirə predmeti yoxdur. Mən ümumiyyətlə, Azərbaycanın Seçki Məcəlləsində heç bir problem görmürəm. Onsuz da sənəd üzərində lazımi təkmilləşdirmələr aparılacaq. Biz Venesiya Komissiyası ilə əməkdaşlıq edirik. Heç bir tərəf təzyiq formasından istifadə edə bilməz”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR