Venesiya Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə səslənən təkliflər yaxın günlərdə ümumiləşdirilərək parlamentə göndəriləcək

Venesiya Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə səslənən təkliflər yaxın günlərdə ümumiləşdirilərək parlamentə göndəriləcək
# 20 noyabr 2007 10:59 (UTC +04:00)
Noyabrın 9-da Venesiya Komissiyasının təşkilatçılığı ilə keçirilən iqtidar və müxalifət partiyalarının görüşündə səslənən təkliflər üzərində iş gedir. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, yaxın günlərdə təkliflər ümumiləşdirilərək parlamentə göndəriləcək: “İşçi qrupuna daxil olmadığıma görə hansı təkliflərin qəbul olunub-olunmayacağını deyə bilmərəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR