VİP dövlət qurumlarına müraciət hazırlayıb

VİP dövlət qurumlarına müraciət hazırlayıb
# 21 noyabr 2007 09:47 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyası (VİP) Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət hazırlayıb. Partiyanın sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, dövlət komitəsinə hazırlanmış müraciətdə partiyanın qərargahla təmin olunması xahiş edilir. Şəhər rəhbərliyinə ediləcək müraciətdə isə partiyanın hazırda yerləşdiyi ofisin normal iş şəraitinə uyğun olmadığı bildirilir və qərargahın təmir olunması xahiş edilir. Partiya sədri hesab edir ki, dövlət qurumları ediləcək müraciətlərə diqqətlə yanaşacaqlar. O, həmçinin partiyanın rayon təşkilatlarının da qərargahla təmin olunması üçün artıq bir neçə yerli təşkilatın müvafiq rayon icra hakimiyyətinə müraciət etdiyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR