Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəhbərliyi Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə edəcək

Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəhbərliyi Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə edəcək
# 21 noyabr 2007 15:02 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbərliyi dekabrın 2-də Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə edəcək. MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun APA-ya verdiyi məlumata görə, bu məqsədlə qurumun sədri Məzahir Pənahovun rəhbərlik edəcəyi nümayəndə heyəti noyabrın 30-da Moskvaya yola düşəcək. Hələlik nümayəndə heyətinin tərkibinin müəyyənləşmədiyini bildirən şöbə müdiri böyük heyətin nəzərdə tutulduğunu vurğulayıb. O, Rusiya MSK-sı tərəfindən dəvət edildikləri üçün hər hansı müşahidə missiyasının tərkibində olmadan müstəqil şəkildə seçki prosesini izləyəcəklərini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR